ƏƏSMN daun sindromu olan uşağa əlillik verməkdən imtina edib? - AÇIQLAMA+VİDEO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daun sindiromlu xəstə Bayramova Ayla Bayram qızına müavinət təyin edilməsindən imtina edib.


AFN.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, 14 yaşlı A.Bayramovaya "müalicə olunması" məsləhət görülüb.

"Bayramova Ayla Bayram qızı anadangəlmə daun sindiromlu xəstədir və Ucar rayonu Qazyan kəndinin sakinidir" - deyə məlumatda qeyd edilir.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən AFN.az-a bildirildi ki, A.Bayramovanın əlilliyi ilə bağlı son 4 ildə heç bir müraciət daxil olmayıb: "Təəssüf ki, sosial şəbəkələrdə videosu yayılan Ucar rayon sakini Bayramova Ayla Bayram qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 4 il ərzində heç bir müraciəti olmayıb, həmçinin tibb müəssisəsi tərəfindən də bu müddət ərzində forma-88 göndərişi rəsmiləşdirilməyib.
Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur

Vətəndaşla bağlı video izlədikdən dərhal sonra Bayramova Aylanın valideyni ilə əlaqə saxlanılıb, ona əlilliyin qiymətləndirilməsi prossesi izah edilib.
Bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə ilk növbədə qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilir.

Bütün bunlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məsələnin tez həll olunması üçün artıq aidiyyatı qurumlarla danışılıb və qısa müddətərzində vətəndaşa müvafiq dəstək göstəriləcək".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu