ATU-nun TCK-da ürəyində 5 ədəd qüsuru olan 4 yaşında uşaq üzərində ağır ürək əməliyyatı həyata keçirilib




Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ürəyində 5 ədəd qüsuru olan 4 yaşında uşaq üzərində ağır ürək əməliyyatı həyata keçirilib.



Əməliyyatı icra edən ATU-nun kordioloqu Ramal Hüseynovun sözlərinə görə, Fallo pentadası 5 ayrı ürək anomaliyasının birlikdə rast gəlinməsi ilə meydana çıxan mürəkkəb anadangəlmə ürək qüsurudur. Bu ürək qüsuru uşaqlarda tez yorulma, təngnəfəslik və göyərmə ilə özünü göstərir. Bu xəstəlikdən əziyyət çəkən uşaqlarda çox vaxt qəfildən ciddi göyərmə tutmaları olur. Belə tutmalar əsasən huş itirmə, bəzən isə ölümlə nəticələnə bilir. Bu təzahürlər sağ mədəcikdən ağciyərlərə çirkli qanı daşıyan damardakı darlığın dərəcəsindən asılıdır.

Kardioloq R. Hüseynovun bildirdiyinə görə, Fallo pentadasının birdəfəlik tam müalicəsi Total korreksiya əməliyyatıdır: “Bu əməliyyatı ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etmiş xəstələrdə ilk və tək əməliyyat olaraq icra edirik. Bizim xəstəmiz 4 yaşında 14 kq çəkidə olan oğlan uşagıdır. O, 15-20 metr yol gedərkən belə yorulurdu. Normal vəziyyətdə uşaqda göyərmə qeyd edilirdi. Oksigen saturasiyası 72 % idi. Ağciyər damarları kifayət qədər yaxşı inkişaf etməmişdi (Mc-Goon indeksi=1.59). Uşağı əməliyyata aldıq. Mədəciklər arasındakı dəliyi aorta damarı yalnız sol mədəcikdən qan alacaq şəkildə bağladıq. Sağ mədəcik çıxış yolundakı darlığı ağciyər arteriyası və şaxələri ilə birlikdə pulmonar qapağı təmir edərək, genişləndirdik. Qulaqcıqarası çəpər defektini bağladıq. Əməliyyatdan sonra qan dövranı normal hala gəldi və göyərmə aradan qalxdı. Oksigen saturasiyası 100%-ə qalxdı".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu