Elektrik enerjisinin kəsilməsi səbəbindən bir neçə yol kəsişməsində işıqforlar işləmir - YENİLƏNİB




Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N. Yusifbəyli küçəsi ilə, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforlar işləmir.



Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlarların işi bərpa olunub.

Sürücülərdən işıqforlarların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

***

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir.



Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu