Ailəsi itkin pilotun sağ qaldığına inanır




"Cənab nazir Zakir Həsənovla görüşün detalları barədə bir söz deyə bilmərəm. Bu sırf texniki məsələdir. Onu deyə bilərəm ki, çox sürətli və səmərəli axtarış işləri aparılır”.

AFN-in məlumatına görə, bunu Modern.az-a açıqlamasında iyulun 24-dən Xəzərdə itkin düşən pilot Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Sabiq dövlət müşaviri bildirib ki, ailəsi olaraq ümidlidirlər: "Ümidim var ki, çox yaxın vaxtlarda nəticələr ortaya qoyula bilər. Ailəsi olaraq hələ də Rəşad Atakişiyevin sağ qaldığına ümidliyik. Çünki ümid son anda ölür. Ümidimizi Allaha tapşırmışıq”.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.

Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında müdafiə naziri Zakir Həsənov ilə görüşüblər.

Görüş zamanı pilotumuzun yaxınları "Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu