Paytaxtda daha bir qəza: 1 ölü, 8 yaralı var




İyulun 28-də saat 18 radələrində Səbail rayonu ərazisində Yardımlı rayon sakini S.Cavadovun idarə etdiyi “VAZ-2107” və Masallı rayon sakini İ.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, qəza nəticəsində İ.Məmmədov və 5 sərnişini, habelə S.Cavadov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. S.Cavadovunun sərnişinlərindən İmran Qulamov orada ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu