Ailə münaqişəsi qanla bitdi: 13 nəfər güllələndi




Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonunda ailələr arasında baş verən silahlı münaqişə zamanı 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Münaqişə qızı gəlin getdiyi evdən küsülü gələn ata ilə kürəkəni arasında baş verib.
Həyat yoldaşının ata evinə gələn kürəkən onu geri qaytara bilmədiyini görüncə, qardaşı və dayısı ilə birgə özləri ilə gətirdikləri silahlardan atəş açıblar. Atəş nəticəsində 1 nəfər hadisə yerində ölüb, 12 nəfər yaralanıb. Təcili yardım həkimlərinin səylərinə baxmayaraq, daha sonra 5 nəfər həyatını itirib.

Atəş açanlardan biri polis tərəfindən saxlanıləb, kürəkən və onun dayısı qaça bilib. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu