ƏMDK-nın sədr müavini Tərtərdə vətəndaşları qəbul edəcək




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün 13 sentyabr tarixində vətəndaş qəbulu keçirəcəkdir.



Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov 13 sentyabr 2019-cu il tarixində Tərtər rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Qəbul saat 11:00-da Tərtər rayonunda yerləşən Gənclər Mərkəzində keçiriləcək.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahə üzrə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlərə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65

Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsi:

(02020) 5-27-77, (02223) 5-24-54

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi:

(02020) 5-56-05, (02223) 6-31-84




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu