Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verdi: "Peşimanam..."




Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.



AFN xəbər verir ki, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb. O, bildirib:

Dostlar, mənimlə bağlı yaranmış vəziyyəti bəhanə edərək ACXP-yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmusam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan, 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailədaxil münaqişə yaşamışam. Bu baş verənlərə görə də pesimanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarımışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.
Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verirəm.
15 yaşımdan ömrümü ancaq rejimə qarşı mübarizəyə sərf etdiyimdən, bu qərarı vermək heç də asan deyil. 30 illik bir siyasi prosesin yetişdirdiyi siyasətçinin getməsi heç də demokratik mübarizənin xeyrinə deyil. Biz hər zaman statusa deyil, mübarizəyə, prinsiplərə sadiq olmuşuq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu