"İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri" adlı layihə keçirilir
Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusunda layihənin açılış tədbiri olub.
AFN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin təqdimatında Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dos. Rəsmiyyə Sabir qızı Abdullayeva açıb qonaqları salamladı və bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib. O, icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edənlər (“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Əliyev, “Sağlamlığa xidmət” İctimai Birliyinin sədr müavini Vəliyeva Pərvanə, “İqtisadiyyat və hüquq” İctimai Birliyinin sədri i.f.d., dos. Aqil Eyvazov, Azərbaycan Kooperasiya Universitetinin dosenti Vüsalə Nağıyeva, Azərbaycan milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.f.d., dos. Cəlil Quliyev, “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dos. Pərviz Həsənov, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov) 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbai tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışıblar və bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Çıxış edənlər onu da bildiriblər ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, o cümlədən hökumətin vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətin bariz nümunəsidir. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığortanın əhəmiyyəti ilə bağlı videoçarx da nümayiş etdirilib.