Bakıda polis hamilə qadının həyatını xilas etdi
Bakıda polis əməkdaşı hamilə qadının həyatını xilas edib. Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, ərazidə xidmət aparan Nəsimi Rayon DYP şöbəsinin əməkdaşı, polis baş leytenantı Ruslan Vəliyev ərazidə 99YP270 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xidmətdə olarkən doğum sancısı ilə xəstəxanaya çatdırılmasında çətinlik yaranan Xəyalə Məmmədovanın (ad və soyad şərtidir) ailə üzvləri ondan yardım istəyib.
Ərazidə tıxac olduğunu görən polis əməkdaşı dərhal yolu boşaldıb və avtomobili müşayiət edərək onların tez bir zamanda Səməd Vurğun küçəsində yerləşən Tibb Universitetinin Tədris Cərrəhiyyə Klinikasına çatdırılmasına səbəb olub. Dərhal əməliyyata alınan X. Məmmədovanın həyatı xilas edilib və uşaq sağlam şəkildə dünyaya göz açıb.
Həkimlər bildiriblər ki, əgər xəstə bir neçə dəqiqə də gec gətirilsəydi, qanaxmadan övladı ana bətnində dünyasını dəyişə bilərdi.
Hadisədən bir müddət sonra qadının yaxınları Nəsimi Rayon DYP-yə gələrək həmin idarənin rəisinin qəbulunda olmuş və polis əməkdaşının atdığı bu müsbət addım barədə rəhbərliyə təşəkkür edib.(Qafqazinfo)