Azərbaycan polisi kişini ölümdən qurtardı - VİDEO
Azərbaycna polis zabiti əməli ilə hər kəsin rəğbətini qazanıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Elnur Əhmədov ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxsi xilas edib.
Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
"Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxsi polis əməkdaşları xilas edib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Elnur Əhmədova fədakarlığına görə təşəkkür edirik"-deyə qeyd edib.