"INNOLAND"in rezidentləri beynəlxalq proqrama qəbul edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin 5 rezidenti Türkiyədə fəaliyyət göstərən "İTU Magnet" Akselerasiya proqramına qəbul edilib.
Hazırda İstanbul Texniki Universiteti Türkiyədə startap müraciətlərinin sayına görə ilk yerdədir. Müvafiq sahədə ölkənin ən nüfuzlu proqramlarının təşəbbüskarı və icraçısı olan Universitet hər il müxtəlif ölkələrin startaplarına dəstək məqsədilə də qəbul elan edir.
Bu il ilk dəfə Azərbaycan startapları da dəyərləndirilib. Nəticədə hər biri "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin startapı olan "Topla.az", "Otaqyoldaşı","QReact", "Botbox" və "Nextsale" "İTU Magnet" Akselerasiya proqramına qəbul olunub.