Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşəcək




Oktyabrın 18-də energetika naziri Pərviz Şahbazov İmişli şəhərində İmişli və Biləsuvar rayonlarının vətəndaşlarını qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialının inzibati binasında (ünvan: İmişli şəhəri, İmişli-Kürdəmir yolu) keçiriləcək.



Nazirlikdən AFN-ə verilən məlumata görə, həmin gün energetika nazirinin müavini Samir Vəliyev Ağdamda Ağdam və Ağcəbədi rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək. Nazir müavini Elnur Soltanov isə Beyləqan şəhərində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edəcək. Qəbul saat 12:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az, imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu