“YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib” – Ərdoğan




“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib”.



APA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib.

Türkiyə Prezidenti bildirib ki, 750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub.

Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır.

“Həyatımız boyu terror təşkilatları ilə mübarizə aparacaq halımız yoxdur. Suriya rejimi də terror təşkilatları ilə mübarizə aparmalıdır”, – deyə Ərdoğan qeyd edib.

O, Suriyanın şimalında 12 müşahidə məntəqəsinin qurulacağını da açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu