Həsən Ruhani Zəriflə birlikdə Bakıya gələcək




İran Prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.



Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib. Onun sözlərinə görə, İran Prezidenti və XİN rəhbəri dost ölkədə rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının Bakı sammitində iştirak edəcəklər.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu