PKK İŞİD-çi uşaqlarını Türkiyəyə qarşı döyüşdürür: Azərbaycanlılar da var...




YPG/PKK terrorçuları Suriyadakı Əl Haul düşərgəsində həbsdə saxlanılan İŞİD üzvlərinin övladları zorla ailələrindən alınaraq Türkiyə ordusuna qarşı döyüşlərdə iştiraka cəlb edilib.



Qaynarinfo xəbər verir ki, bu barədə düşərgədən qaçaraq Türkiyə ərazisinə keçməyə nail olan D.S adlı Özbəkistan vətəndaşı məlumat verib. O, həyat yoldaşı S.S ilə Dubay, daha sonra Danimarkada yaşayıb, sonra isə Türkiyəyə gəlib. Bir müddət İstanbulda yaşayan cütlük Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulub. S.S Deyr Əz Zora təşkil edilən hava hücumunda öldürülüb. D.S bir müddət əsir düşərgəsində qalandan sonra qaçaraq Türkiyəyə keçməyə nail olub. Türkiyə sərhədçiləri tərəfindən saxlanılan İŞİD üzvü olan qadın düşərgədəki vəziyyəti belə təsvir edir:

"Düşərgə iki hissədən ibarət idi. Bir bölümdə Suriya və İraq, digər yerdə isə Azərbaycan, Çeçenistan, Dağıstan, Qırğızıstan, Özbəkistan, Tunis, Əlcəzair, Şərqi Türküstan, Qazaxıstan, Albaniya, Fransa və digər Avropa ölkələrinin vətəndaşları saxlanılırdı. Bizim qaldığımız hissədə 20 mindən çox qadın və uşaq var idi. YPG terrorçuları pul və qiymətli əşyaları əlimizdən alır, yaşı 10-dan çox olan uşaqları götürərək hərbi təlimlər keçirdi. Həmin yeniyetmələr "Barış Pınarı" əməliyyatı dövründə Türkiyə hərbçilərinə qarşı döyüşlərdə iştirak edib. D.S övladlarının əlindən zorla alınmaması üçün 12 oktyabrda gizlətdiyi qiymətli əşyalarını xərcləyərək qeyri-qanuni yolla Türkiyəyə keçməyə nail olub".

Qeyd edək ki, Əl Haul düşərgəsi 2017-ci ilin aprel ayında yaradılıb. YPG/PKK terrorçuları Deyr Əz Zordakı müharibədə qarşıdurmalardan qaçan mülki vətəndaşları burada yerləşdirib, İŞİD terrorçuları isə eyni bölgədəki həbsxanada saxlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu