Məşhur şirkət 450 min avtomobilini geri çağırır




Yaponiyanın avtomobil nəhəngi "Nissan Motors" ABŞ-dakı 450 min avtomobilini geri çağırıb.



Qaynarinfo xəbər verir ki, qərar 2015-2018-ci illərdə istifadə edilən "Murano", 2016-2018-ci illərdə istehsal olunan "Maxima sedan" modellərinə tətbiq edilib. Buna səbəb hidravlik əyləcdəki problemin yanğına səbəb olma ehtimalıdır.

Qeyd edək ki, "Missan Motors" sentyabr ayında ABŞ, Kanada, Cənubi Koreya, İsraildə istifadəyə verilmiş 1,2 milyon nəqliyyat vasitəsini geri çağırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu