Deputat yerlərinin sayı artırılır? - büdcədə MM-in xərcləri çoxalıb




Məlum olduğu kimi, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Artıq Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar və bitərəf deputatlar iclas keçirərək hazırkı tərkibin ölkədə aparılan islahatlarla ayaqlaşmadığını əsas gətirərək parlamentin buraxılması təklifi ilə çıxış ediblər. Təklifə baxılması məqsədilə Milli Məclisin dekabrın 2-də toplanacağı açıqlanıb.



AFN xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev parlamentdə deputatların sayının artırılacağı ilə bağlı ehtimallar səsləndirib. O, fikrini onunla əsaslandırıb ki, növbəti ilin büdcəsində parlamentə ayrılan vəsaitlərin həcmi, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. "Bunun bir izahı ola bilər: deputat yerlərinin sayı artırılır..." - deyə ekspert qeyd edib.
Qeyd edək ki, Milli Məclisdə deputat yerlərinin artırılması təklifİ bir müddət əvvəldən gündəmdə var. Hesab edilir ki, Azərbaycan əhalisinin sayının artması deputat yerlərinin çoxaldılmasını zəruri edir. Deputatların sayının 125 nəfər olması ölkə əhalisinin sayı 7.5 milyon olan zaman tətbiq edilib. Hazırda ölkə əhalisinin sayı 10 milyondan çoxdur. Bu da deputat yerlərinin sayının artırılmasını zəruri edir. Hər iki təklifin həyata keçirilməsi yalnız referendumla mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu