Türkiyə millisi Bakıda - "AVRO-2020"nin püşkü atıldı




Rumıniyanın paytaxtı Buxarest şəhərində Avro-2020-nin püşkatma mərasimi keçirilib.



Püşkün nəticələrinə əsasən qrupların tərkibi belə formalaşıb:

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Hollandiya, Ukrayna, Avstriya, D Liqasının qalibi

D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi

F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya

Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar olaraq turnir ilk dəfə qitənin 12 şəhərində keçiriləcək. Sözügedən şəhərlər arasında Bakı da var. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunlarına, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşmasına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu