Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib - FOTOLAR




İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib.



ETSN-dən AFN-ə verilən məlumata görə, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub. Bunu jurnalistlərə Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib.

O qeyd edib ki, Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 13 olub. 2020-ci ildə daha 8 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu