"Washington Post": "Kaşıkçı qərarı ədalətlə lağ etməkdir"




"Səudiyyə Ərəbistanı jurnalist Camal Kaşıkçı cinayətində ədalətlə utanmaz şəkildə lağ edən qərar qəbul etdi".



Qaynarinfo xəbər verir ki, bu ifadə "Washington Post"un yayımladığı məqalədə yer alıb. Məqalədə Kaşıkçı cinayətində adı açıqlanmayan 5 nəfərə edam, 3 nəfərə isə həbs cəzası verilməsinə baxmayaraq, vəliəhd şahzadə Məhəmməd ibn Salmana yaxın olan keçmiş kəşfiyyat rəsmisi Əhməd əl Əsiri və Səud əl Kahtaninin təmizə çıxarılması sərt tənqid olunub.

"Məhkəmənin qərarı Kaşıkçı ailəsi və ABŞ Konqresindəki ikipartiyalı çoxluq da daxil olmaqla bu işdə hesabat tələb edən hər kəsə qarşı bir utancdır", - deyə "Washington Post" yazıb.

Nəşr həmçinin yazıb ki, ABŞ prezidenti Donald Trampın dəstəyi olmasaydı, Səudiyyə şahzadəsi bu qədər soyuqqanlılıqla ədalətin bərqərar olmasına mane ola bilməzdi.

Məqalədə həmçinin ABŞ Konresinə CİA rəhbərindən məsələ ilə bağlı ətraflı hesabat tələb etməsi üçün müraciət edilib.

Qeyd edək ki, jurnalist Camal Kaşıkçı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluq binasında öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu