Ağdaşda İH-nin qurduğu 10 metrlik yolka kül oldu - VİDEO




Ağdaşda Yeni il bayramı üçün quraşdırılan süni şam ağacı yanıb.



Hadisə ötən axşam saat 19 radələrində rayon mərkəzində qeydə alınıb. Yeni il üçün quraşdırılan 10 metrlik şam ağacı yanıb.

Olay yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar və digər ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən təstiqlənib və yanğının səbəbləri araşdırılır.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu