DGK “Qırmızı Körpü”də yaranan sıxlıqla bağlı açıqlama verdi - RƏSMİ




Dünən verdiyimiz məlumata görə, "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində sistem çökməsi səbəbindən sıxlıq yaşanıb və Gürcüstandan gələn, lakin gömrük-keçid məntəqəsində qalan soydaşlarımız çətinliklərlə üzləşiblər. Bu gün DGK yaranmış sıxlıqla bağlı açıqlama yayıb.



DGK-nın Mətbut və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov açıqlamasında bildirib ki, ötən gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə məlumatlar yayılıb:

"Bildiririk ki, ötən gün gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub.
Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb.
Hazırda "Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu