"Qırmızı Körpü"də sistem çökdü: gömrük-keçid məntəqəsində böyük növbə/FOTOLAR




"Qırmızı Körpü" gömrük-keçid məntəqəsində sistem çökməsi səbəbindən sıxlıq yaşanıb.



Bu barədə AFN-ə Gürcüstandan gələn, lakin gömrük-keçid məntəqəsində qalan soydaşlarımız məlumat veriblər: "Günortadan buradayıq. Gürcüstan tərəfdə artıq 1000-dən çox maşın növbədədir. Gürcüstan gömrüyündə deyirlər ki, biz 1 saata buraxarıq 1000 maşını, problem siz tərəfdədir, sistem çöküb Azərbaycan tərəfdə. Dedilər siz tərəfdə neytral doludur, az-az buraxa bilirlər. Həddən artıq böyük növbə var. Biz də səhərdən çıxmışıq ki, axşamüstü Bakıda olaq, axşamüstüdür hələ növbədəyik".
Şikayətçilər yaranmış vəziyyətin fotolarını da redaksiyamıza təqdim ediblər.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu