Elnur Kələntərov yüksək vəzifəyə təyin edildi




Elnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.



Bu barədə Elnur Kələntərov özü məlumat verib. O, sosial şəbəkə hesabında təəsüratlarını bölüşüb:

"Yeni ilin ilk gününə gözəl xəbərlə başladım. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım xəbəri nə qədər sevinclə qarşılandısa, bir o qədər də işimə olan məsuliyyətimi daha da artırdı. Çalışacağam ki, Xidmət rəisi cənab Vüsal Hüseynovun mənə göstərdiyi yüksək etimadı doğrulda bilim. Təşəkkür, cənab general!”

Qeyd edək ki, Elnur Kələntərov bundan əvvəl adıçəkilən qurumun İctimaiyyətlə əlaqələr idarəsində rəis müavini vəzifəsində çalışırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu