BMT Baş Assambleyası 7 ölkəni səsvermə hüququndan məhrum edib




BMT-yə üzv olan 7 dövlət BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib.



Bu barədə BMT-nin saytında məlumat yerləşdirilib.

Venesuela, Qambiya, Yəmən, Lesota, Livan, Tonqa və Mərkəzi Afria Respublikası üzvlük haqqı ödəmədikləri üçün BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.

Bu ölkələr arasında ən böyük həcmdə borc Venesuelanın payına düşür. Karakasın BMT-yə 21 milyon dollar borcu var.

Borclular siyahısında Komor adaları, Somali, San-Tome və Prinsipi kimi ölkələr də var. Ancaq Baş Assambleya həmin ölkələrə 74-cü sessiyaya qədər səsvermədə iştirak etməyə icazə verib. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu