İspaniyada 2,4 milyon insan poçtla səsvermə hüququndan yararlanıb
İspaniyada 1986-cı ildən bəri ilk dəfə yay dövrünə təsadüf edən iyulun 23-də keçiriləcək növbədənkənar ümumi seçkilər səbəbindən 2,4 milyon ispan poçt vasitəsilə səs vermək üçün müraciət edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, 35,1 milyon seçicinin qeydiyyata alındığı ölkədə keçirilən ümumi seçkilərin bayram dövrünə təsadüf etdiyi vaxtdan bəri poçt vasitəsilə səsvermə üçün rekord sayda müraciət olub.
Ali Seçki Qurumunun və ölkənin rəsmi poçt şirkəti “Correos”un verdiyi məlumata görə, 2019-cu ildə keçirilən son ümumi seçkilərlə müqayisədə poçt vasitəsilə səsvermə tələbinin 90 faiz artdığı bildirilib.
Ümumi seçkilərdə ümumilikdə 2,4 milyon İspaniya vətəndaşının poçtla səs verməyə üstünlük verdiyi, 3-20 iyul tarixlərində keçirilən poçtla səsvermə hüququndan indiyədək 480 min seçicinin istifadə etdiyi paylaşılıb.
Baş nazir Pedro Sançesin mayın 29-da elan etdiyi növbədənkənar ümumi seçkilərin iyulun 23-də keçirilməsi qərarı ölkədə müzakirələrə səbəb olub. Belə ki, ispanların təxminən 40 faizi statistik məlumatlara görə, bu dövrdə məzuniyyətə çıxıb.
İspaniyada mövcud qanunlara görə, seçki qutularına təyin edilmiş vətəndaşların bunu yerinə yetirmədikləri təqdirdə cərimə və ya həbs ediləcəyi nəzərdə tutulduğu halda, yalnız bu seçki üçün bəzi rahatlıqlar tətbiq edilib.
Ali Seçki Şurası ümumi seçkilərin elan edildiyi 29 maydan əvvəl tətil cədvəlini tərtib edən vətəndaşların seçki məntəqələrində vəzifələrini ləğv edə biləcəklərini açıqlamışdı.