Deputat oğlunun adı iki dairədən "qeydə alınıb" - FOTOLAR




Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mirkazım Kazımovun 38 yaşlı oğlu Səid Kazımovun namizədliyini irəli sürməsilə bağlı mediada məlumat verilib. İndi isə S.Kazımovla bağlı başqa məlumat aşkarlanıb.



AFN-in xəbərinə görə, adıçəkilən şəxsin adı MSK-nın rəsmi saytında iki dairə üzrə qeydiyyata alınan namizədlərin siyahısındadır. Belə ki, 67 saylı Cəlilabad şəhər seçki dairəsi və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri üzrə qeydə alınan namizədlərin siyahısında Kazımov Səid Mirkazım oğlunun adı var. Ad-soyad, lap elə ata adının da eyni olması mümkündür, lakin ali təhsil (hüquqşünas) və iş yerinin (AZAD HƏMKARLAR ITTIFAQININ, HÜQUQ MÜFƏTTİŞİ) də eyniliyi mümkünsüzdür. Təbii ki, MSK-nın saytında yol verilə biləcək texniki yanlışlığı da istisna etmək olmaz. Ümid edirik ki, məsələyə tezliklə aydınlıq gətiriləcək.
Xatırladaq ki, dünən YAP-ın siyahısında seçkilərə qatılan deputat Mahir Abbaszadənin adının qarşısında MSK-nın rəsmi saytında "işsiz" yazılmışdı və bu məsələ ictimailəşdikdən sonra yanlışlıq(?) aradan qaldırıldı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu