Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı açıqlandı




Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı ictimailəşdirilib.



APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısını ictimailəşdirməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 20-dək olan dövrü əhatə edib.

Artıq Mərkəzi Seçki Komissiyasının saytında qeydə alınmış deputatlığa namizədlərin siyahısı yerləşdirilib. Siyahıda 1542 deputatlığa namizəd yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu