Deputatlığa namizədlərin qeydə alınması prosesi nə vaxt bitəcək?




Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir.



Qaynarinfo xəbər verir ki, Secki-2020.az saytının xəbərinə görə, hazırda təqdim edilən sənədlərdə məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edilməsi mərhələsidir. Sənədlərə dairə seçki komissiyalarına qəbul edildikdən sonra yeddi gün müddətində baxılmalıdır.

Namizədlərin sənədləri təqdim etmələri mərhələsi 2019-cu ilin dekabrın 21-də başlayıb, 2020-ci ilin yanvarın 10-u saat 18:00-dək davam edib. Deməli, namizədlərin qeydə alınması prosesi yanvarın 16-da bitəcək. Yanvarın 17-dən etibarən isə deputatlığa namizədlərin təşviqat kampaniyasına start veriləcək. Seçki prosesinin bu mərhələsi fevralın 8-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər bu ilin fevralın 9-da keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu