Prezident Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif etdi - SƏRƏNCAM




Prezident İlham Əliyev yanvarın 13-də Vasif Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.



Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun doğum günü-60 illik yubileyidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu