Sistemdən komaya düşərək ölən şagirdlə bağlı rəsmi açıqlama
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məktəblinin ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, 11 yanvar 2020-ci il tarixində saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib: "Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12 yanvar saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib”.
Rəsmi məlumata görə, faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.(Qaynarinfo)