“Medianın seçkilərə marağı kifayət qədər böyükdür” - Əflatun Amaşov




“Medianın seçkilərə marağı kifayət qədər böyükdür”.



“Report” xəbər verir ki, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

O bildirib ki, MŞ əvvəlki illərdə seçkilərlə bağlı monitorinq aparıb: “Bəzən neqativ və xoşagəlməz hallar da müşahidə olunub. Seçkilərlə bağlı KİV təmsilçiləri üçün müəyyən treninqlər də keçirilib”.

MŞ sədri qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar KİV-də monitorinqlər aparacaq: “Eyni zamanda seçki günü bir neçə istiqamətdə fəaliyyət göstərəcək. Həmin gün "qaynar xətt" fəaliyyət göstərəcək. Jurnalistlər həmin "qaynar xətt" vasitəsilə üzləşdiyi problemləri Şuraya bildirəcəklər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu