Seçicilərindən İqbal Məmmədova tənqid - FOTOLAR
2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası artıq başlayıb. 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədov da hamı kimi təbliğat kampaniyası çərçivəsində təbliğat kampaniyasına start verib.
İqbal Məmmədovun təbliğat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi görüşlər haqda saytların birində gedən reklam xarakterli məlumatın sosial şəbəkədə paylaşımı istifadəçilər tərəfindən ironiya ilə qarşılanıb və vətəndaşlar onun fəaliyyətinə kəskin reaksiya veriblər.
Tribuna İnformasiya Agentliyi xəbər verir ki,İqbal Məmmədovun Lerikdə kəndlərdə seçicilərlə görüşü haqda paylaşımına çoxsaylı belə reaksiyalardan biri də Ruslan Bəshirov adlı Feysbuk sosial şəbəkə istifadəçisi tərəfindən gəlib.
Ruslan Bəshirov şərhində yazır ki, İqbal Məmmədov seçicilərlə görüşlərin əvəzinə ,2010-cu ildən ona olan əmək haqqı borcunu ödəsə idi daha məntiqi olardı.
Ruslan Bəshirov şikayətində yazır:”2010-cu ildə qaz pulunun yığımı ilə məşğul olan , İqbal Məmmədovun sahibi olduğu “Azqazservis” şirkəti yaradıldı,mən də bu şirkətdə fəaliyyət göstərdim. İqbal Məmmədovun mənə 3 aylıq əmək haqqı borcu qaldı.
Dəfələrlə onun qəbuluna getsəm də pulumu vermədi, hər dəfə fərqli bəhanələr gətirdi .Ən axırıncı bəhanəsi “Mən hacıyam ,sənin pulunu yemərəm,verəcəm”idi. 2700 manat olan həmin borc hələ də qalmaqdadır”.
Sosial şəbəkəsi istifadəçiləri həmçinin yazıblar ki, İqbal Məmmədov hansı üzlə seçicilərin qarşısına çıxıb təbliğat aparır. İqbal Məmmədovun seçki təbliğatı ilə bağlı edilən paylaşıma gələn reaksiyaların bəzilərini təqdim edirik: