Əli Məsimlinin təbliğat-təşviqat kampaniyası uğurla başa çatır - FOTOLAR




114 saylı Şəki kənd birinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təşviqat dönəmində uğurlu seçki kampaniyası aparıb.



Əli Məsimlinin seçki qərargahı onun namizədliyi qeydə alındığı – 31 dekabr 2019-cu il tarixdən fəaliyyətə başlayıb. Seçki qərargahının tərkibinə rayonda böyük nüfuza malik olan şəxslər, ağsaqqallar, elm adamları – namizədin vəkilləri –professor Firədun İbrahimov, dosent Qudurət Bəkirov və Azərbaycanın müxtəlif Elmi -Tədqiqat İnstitutu və Universitetlərində doktorantura hazırlığı keçən şəxslər, gənc könüllülər və s. sosial qrupların münayəndələri qatılıb. Seçki qərargahı seçkiqabağı təbliğatın başlandığı 17 yanvar 2020-ci ildən etibarən daha intensiv və çoxşaxəli fəaliyyət göstərmişdir. Belə ki, seçki qərargahının fəaliyyətinin qurulması zamanı qanunla qadağan olunmayan ən müasir seçki texnologiyalarından, seçkiqabağı təbliğatın bütün növlərindən istifadə edilib.
Seçkiqabağı təbliğat həm virtual, yəni sosial şəbəkələr, elektron kütləvi informasiya vasitələri üzərindən, həm müxtəlif təşviqat materiallarının paylanması yolu ilə, həm seçicilərlə kütləvi görüşlərin keçirilməsi vasitəsilə, həm də ki, qapıdan-qapıya prinsipi ilə həyata keçirilib. Əli Məsimlinin Seçki Qərərgahının “Facebook” sosial şəbəkəsindəki səhifəsi təbliğata start verilən gündən aktiv şəkildə fəaliyyət göstərib. Əli Məsimlinin Şəki kəndlərdə keçirdiyi bütün görüşlərindən fotolar, videolar daim həmin səhifədə paylaşılıb. Həmçinin, Əli Məsimli seçki kompaniyası dövründə onun görüşləri KİV-lərdə geniş şəkildə işıqlandırılıb. Seçki qərargahının könüllüləri vasitəsilə təbliğat dövrü ərzində deputatlığa namizədin nəfis şəkildə tərtib edilərək çap edilmiş 5 min ədəd platforması qapıdan-qapıya üsulu ilə seçicilərə çatdırılıb.
Əli Məsimli təbliğat-təşviqat kompaniyası zamanı seçicilərlə daha çox görüşlər keçirə bildi və əksər görüşlər daha çox seçicinin iştirakı ilə keçib. Belə ki, təbliğat dövrü ərzində seçicilərlə 24 kütləvi görüş keçirilib. Bundan əlavə, deputatlığa namizəd təbliğat dövrü ərzində çoxsaylı aya qüstü görüşlər də keçirib. Seçicilərlə kütləvi dörüşlərdə deputatlığa namizədin parlamentdəki fəaliyyətinin son 4 illiyini əks etdirən qısa fraqmentlərdən ibarət videoçarx nümayiş etdirilib ki, bu da seçicilərdə deputatlığa namizədin parlamentdəki fəaliyyəti barədə aydın təsəvvürlərin formalaşmasına müsbət mənada yardım göstərib. Təşviqat prosesi çərçivəsində namizədin fəliyyətinə dair hesabat həm yazılı şəkildə seçicilərə çatdırılıb, həm də Əli Məsimli bütün görüşlərdə özü də geniş hesabat verib. Görüşlər zamanı Əli Məsimli seçicilər tərəfindən qaldırılan bütün məsələləri qeyd edib və seçiləcəyi təqdirdə qaldırılan problemlər sırasında gücü çatanları özü həll edəcəyəni, güçü xaricində olanları isə aidiyyatı orqanlara göndərib həllinə olunmasına səy göstərəcəyini bildirib.
Seçkiqabağı təbliğatın sonuncu günündə - fevral ayının 7-də Əli Məsimli 114 saylı Şəki kənd birinci seçki dairəsi ərazisində yerləşən müxtəlif kəndlərdə çoxsaylı ayaqüstü görüşlər keçirərək, seçkiqabağı təbliğat kompaniyasını başa çatdırıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu