Əli Məsimli növbəti görüşünü Şəkinin Suçma və Dərəcənnət kəndlərində keçirib - FOTOLAR




Fevral ayının 1-də 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Əli Məsimli növbəti görüşünü rayonun Suçma və Dərəcənnət kəndlərində keçirdi.



Görüşdə seçicilərlə yanaşı, deputatlığa namizədin vəkilləri-Pedaqogika elmləri doktoru, professor Firədun İbrahimov, dosent Qüdurət Bəkirov və Fransa Milli Müqavimət hərəkatının əfsanəvi nümayəndələrindən biri, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılıov, seçki qəragahının üzvləri, könüllülər iştirak etmişlər.

Deputatlığa namizədin vəkili Firədun İbrahimov Əli Məsimlinin kimliyi və fəaliiyyəti haqqında görüş iştirakçılarına məlumat verdikdən sonra Əli Məsimli Milli Məclisdəki 4 illik fəaliyyəti barədə seçicilərə hesabat vermiş və seçkiqabağı platformasının əsas məqamlarını təqdim etmiş, ona yenidən etimad göstəriləcəyi təqdirdə Milli Məclisdəki fəaliyyəti barədə məlumat vermişdir. Deputatlığa namizəd öz çıxışında bildirib ki, biz 114-cü dairəinin və ümumiyyətlə Şəkinin problemlərini öyrənəndən sonra, buna əlavə olaraq həm də sosioloji sorğular da keçirdik. Bu əsasda Şəkinin 2016-2020-ci illər üzrə inkişaf proqramını yenidən işləyib 26 əsas problem üzrə Nazirlər Kabinetinə və digər aidiyyatı orqanlara müraciəat etdik. Müraciətdə öz əksini tapan məsələlərin bir hissəsi dövlət investisiya layihələrinə salındı və həll olundu.Amma həllini gözləyən məsələlər də çoxdur. Etimad göstəriləcəyi təqdirdə təkcə 114 saylı Şəki kənd birinci seçki dairəsi ilə məhdudlaşmadan, bütövlükdə Şəki rayonunun aktual problemləri bu dəfə də Şəkinin 2021-2025-ci illər üzrə inkişaf proqramında öz əksini tapacaq və bu problemləri sistemləşdirib yenə də aidiyyatı orqanlara göndərəcək və reallaşdırılması istiqamətində səy göstərəcəyik. Əvvəlki çıxışlarında olduğu kimi, Əli Məsimli bu dfə də seçiciləri islahat prosesində və deməli öz həyat şəraitlərinin yaxşılaşdırılması prosesində fəal iştirak etməyə çağırıb.

Görüşdə çıxış edənlər Əli Məsimlinin parlamentdəki fəaliyyətini, Şəki rayonunun problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı, həm də kəndin problemlərinin həllinin sürətləndirimləsinə öz imkanları daxuilində təsir göstərməsini istədilər.

Namizədə uğurlar arzuladılar və onu yenidən Milli Məclisdə görmək istədiklərini, ona səs verəcəklərini bildirdilər.









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu