Əli Məsimli növbəti görüşləri rayonun Baş Göynük və Baş Şabalıd kəndlərinin seçiciləri ilə görüşüb




Fevral ayının 3-də 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Əli Məsimli növbəti görüşünü rayonun Baş Göynük və Baş Şabalıd kəndlərində keçirdi. Görüşdə seçicilərlə yanaşı, deputatlığa namizədin vəkilləri-pedaqogika elmləri doktoru, professor Firədun İbrahimov, dosent Qüdurət Bəkirov seçki qəragahının üzvləri, könüllülər iştirak etmişlər. Deputatlığa namizədin vəkili professor Firədun İbrahimov, dosent Qüdurət Bəkirov Əli Məsimlinin həyat və fəaliiyyəti haqqında görüş iştirakçılarına məlumat verdikdən sonra vətəndaşları daha çox narahat edən sosial məsələlər və Şəkinin sosial-iqtisadi problemləri ilə əlaqədar deputatlığa namizədin parlamentdəki çıxışlarını əks etdirən qısa videoçarx təqdim edilmişdir.



Əli Məsimli Milli Məclisdəki 4 illik fəaliyyəti barədə seçicilərə hesabat vermiş və seçkiqabağı platformasının əsas məqamlarını təqdim etmiş, ona yenidən etimad göstəriləcəyi təqdirdə Milli Məclisdəki fəaliyyətinin gələcək istiqamətləri barədə məlumat verdi. Deputatlığa namizəd öz çıxışında bildirib ki, biz 114-cü dairəinin və ümumiyyətlə Şəkinin problemlərini öyrənəndən sonra, buna əlavə olaraq həm də sosioloji sorğular da keçirdik. Bu əsasda Şəkinin 2011-2020-ci illər üzrə inkişaf proqram hazırladıq, həmin proqramın 2016-2020-ci illəri əhatə edən hissəsini yenidən işləyib 26 əsas problem üzrə Nazirlər Kabinetinə və digər aidiyyatı orqanlara müraciəat etdik. Müraciətdə öz əksini tapan məsələlərin bir hissəsi-xüsusən də Şəki kəndlərinin qazlaşdırılmasının sürətləndirilməsi, kəndlərarası yolların çəkilişi, məktəb tikintisi və sair bu kimi məsələlər dövlət investisiya layihələrinə salındı və həll olundu. Amma həllini gözləyən məsələlər də çoxdur. Onların arasında torpaqla bağlı problemlər xüsusi yer tutur: Əhaliyə verilən pay torpaqlarının sənədləşditilməsi prosesi zamanı yol verilmiş qanunsuzluqların aradan qaldırılması vacibdir. Torpaq islahatı zamanı əhaliyə verilən pay torpaqlarına hüquqi sənədin verilməməsi və ya buna maddi imkanları olmaması səbəbli subsidiya hesablanmasında və güzəştli mineral gübrə alınmasında problemlər yaranır. Bundan əlavə əkin sahələrinin suvarılması üçün subartezian quyularının qazılması; Baş Şabalıd kəndinə təbii qazın verilməsi, eləcə də Göynüklər zonasının şəhərdən kifayət qədər uzaq olmasını nəzərə alaraq burada Fövqaladə Hallar nazirliyinin yanğından mühafizə dəstəsinin yaradılması də həlini gözləyən məsələlər sırasındadır.

Əli Məsimli bildirdi ki, Şəki rayonunun aktual problemləri bu dəfə də Şəkinin 2021-2025-ci illər üzrə inkişaf proqramında öz əksini tapacaq və bu problemləri sistemləşdirib yenə də aidiyyatı orqanlara göndərəcək və reallaşdırılması istiqamətində səy göstərəcəyik.

Görüş çox canlı, faydalı çıxışlarla yaddaqalan oldu. Əvvəlki görüşlərdəki çıxışlarında olduğu kimi, Əli Məsimli bu dəfə də seçiciləri islahat prosesində və deməli öz həyat şəraitlərinin yaxşılaşdırılması prosesində fəal iştirak etməyə çağırıb. Çıxış edənlər Əli Məsimlinin parlamentdəki fəaliyyətini, Şəki rayonunun problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı həm də kəndin problemlərinin həllinin sürətləndirimləsinə öz imkanları daxulində təsir göstərməsini istəmişlər. Namizədə uğurlar arzuladılar və onu yenidən Milli Məclisdə görmək istədiklərini, ona səs verəcəklərini bildirdilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu