Əli Məsimli Kiçik Dəhnə kəndində izdihamlı görüş keçirdi - FOTOLAR




Fevral ayının 5-də 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Əli Məsimli növbəti görüşünü əhalinin sayına görə Şəki rayonun ən böyük kəndi olan Kiçik Dəhnə kəndində keçirdi. Görüşdə seçicilərlə yanaşı, deputatlığa namizədin vəkilləri - pedaqogika elmləri doktoru, professor Firədun İbrahimov, dosent Qüdürət Bəkirov seçki qərargahının üzvləri, könüllülər iştirak etmişlər.



Deputatlığa namizəd Əli Məsimli 4 illik fəaliyyəti haqqında hesabat verdikdən sora bildirdi ki, “bizim platforma müasir dövrün çağırışlarına, ölkədə həyata keçirilən islahatlar kursuna adekvat fəaliyyət göstərmək prinsipi üzərində qurulub. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və əhalinin güzəranının yaxşılaşdırılmasının hüquqi bazasının təkmilləşdirilməsinə xidmət edən qanunların hazırlanması və qəbulunda, eləcə də hazırda qüvvədə olan qanunların, normativ-hüquqi aktların səmərəli icra mexanizmlərinin işlənib hazırlanmasında fəal iştirak edəcəyik. Bu sırada aztəminatlı ailələrdən olan tələbələrin vəziyyətini yaxşılaşdırmaqdan ötrü əlverişli şərtlərləri özündə əks etdirən “Təhsil Kreditləri”, eləcə də əhali üçün əlverişli şərtləri özündə əks etdirən “İstehak Kreditləri” haqqında qanun layihələrinin Milli Məclisə təqdim olunması həyata keçirməyi nəzərdə tutduğumuz ilkin məsələlərdəndir. Ölkəmizdə aparılan islahatların yeni mərhələsinə töhfəmizi artırmaqdan ötrü Milli Məclisdə və cəmiyyətdə ictimai fəaliyyətimizi daha da aktivləşdirəcək, həmişə olduğu kimi, bundan sonra da cəmiyyətin üzləşdiyi problemləri Milli Məclisdə qaldıracaq və həllinə səy göstərəcəyik. Peşəkar iqtisadçı kimi Şəkimizi yüksək professionallıq və layiqincə təmsil edəcək, parlament kürsüsündən ümummilli məsələlərlə yanaşı Şəkimizin problemlərini də səsləndirməkdə davam edəcəyik. Seçicilərin problemlərini gücümüz çatan, səlahiyyətimiz imkan verdiyi qədər həll edəcəyik, həll edə bilmədiklərimizi isə aidiyyatı dövlət strukturları qarşısında qaldıracaq və həllinə səy göstərəcəyik. Əli Məsimli bildirdi ki, apardığımız tədqiqatlar və bizə olan müraciətlərin təhlili nəticəsində Sizin kənddə mövcud olan və Sizi ən çox narahat edən problemləri müəyyənləşdirmişik. Kəndin mavi yanacaqla təmin olunmasına baxmayaraq, hələ də təqribən 150-yə yaxın evə qaz çəkilməməsi, Böyük Dəhnə kəndi ilə sərhəddə olan 2 km-ə yaxın yüksək gərginlikli xəttlərin dəyişdirilməməsi, 1 saylı tam orta məktəbin, uşaq bağçasının və kənd xəstəxanasının təmiri və sair kimi problemmlərin qısa zaman kəsiyində həlli zəruridir”. Çoxsaylı sual-cavab şəraitində keçən görüş çox canlı, faydalı çıxışlarla yaddaqalan oldu.

Əvvəlki görüşlərdəki çıxışlarında olduğu kimi, Əli Məsimli bu dəfə də seçiciləri islahat prosesində və deməli, öz həyat şəraitlərinin yaxşılaşdırılması prosesində fəal iştirak etməyə çağırıb.

Çıxış edənlər Əli Məsimlinin parlamentdəki fəaliyyətini, Şəki rayonunun problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı, həm də kəndin problemlərinin həllinin sürətləndirimləsinə öz imkanları daxilində təsir göstərməsini istəmişlər. Görüş iştirakçıları namizədə uğurlar arzulamış və onu yenidən Milli Məclisdə görmək istədiklərini, ona səs verəcəklərini bildirmişlər.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu