Kirayə ev almaq üçün belə müraciət etmək lazımdır - TƏLİMAT
Xəbər verildiyi kimi, kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlanıb.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, kirayə yolu ilə mənzil alanların elektron müraciətlərinin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.
Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.
Fond “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə alınması üçün müraciətə dair istifadəçi təlimatını açıqlayıb.
Kirayə ev almaq istəyənlər məhz bu təlimata uyğun həəkət etməlidirlər.
---------------------------------------------------------------------------------------------------------------------------
Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt