Qışın anomal isti keçməsinin səbəbi nədir: Sinoptik açıqladı




Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfand Rusiyada anomal istilərlə müşayiət olnan qışın səbəbini açıqlayıb.



Vilfand həmin səbəbin Atlantikadan gələn isti küləklər olduğunu deyib. İsti küləklər ona gətirib çıxarıb ki, ölkənin Asiya ərazisində qış "son dərəcə isti" keçməyə başlayıb.

"Atlantikdən gələn hava axını Avrasiyanın dərinliklərinə qədər sirayət edib. Bu vəziyyətin bu qədər davam etməsi isə qeyri-adi haldır”, - deyə sinoptik qeyd edib.

Vilfand vurğulayıb ki, qışda Atlantik havası nadir hallarda Rusiyanın Asiya hissəsinə çatır, amma bu il əsl anomaliya var.(Qaynarinfo)

------------------------------------------------------------------------------------------------------------

Paylaşılan Hostinq

1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu