Qar yağacaq, güclü külək əsəcək, temperatur 4-6 dərəcə enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Yanvarın 23-də güclü cənub-qərb küləyi 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
********************************************************************************
Hosting satışı ilə maraqlanırsınızsa, Hostimul.com-u ziyarət edin və təklifləri nəzərdən keçirin. Biznesinizi rəqəmsal dünyaya inteqrasiya etmək istəyirsinizsə, təklif olunan paketləri dəyərləndirə və ehtiyaclarınıza uyğun olan paketi seçə bilərsiniz. Hər-hansı bir sual yaranarsa, “live chat” vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/az/hosting-satisi/