Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb




2018-ci illə müqayisədə hesabat dövründə Bakıda quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınıb, onlardan 8-i bağlı qalıb.



"Report"un xəbərinə görə, bunu Bakı şəhər prokuroru İlqar Abbasov əməliyyat müşavirəsində deyib.

O bildirib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub, onlardan 2-i bağlı qalıb.

2019-cu ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilən işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12163 cinayət işindən 4207-nin istintaqı tamamlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu