VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı baş tutacaq




VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı 25-26 yanvar tarixlərində “Caspian Business Hotel”də baş tutacaq.



Bu ilki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus Respublikası, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər verəcək, master klas proqramları həyata keçirəcəklər. Peşakar Arıçılar Birliyi olaraq həm Azərbaycan, həm də yaxın coğrafiyalardan olan arıçıların iştirakı ilə fərqli mədəniyyətlərdən olan böyük bir ailəni bir yerə toplayacağıq.

Bu barədə AFN-ə Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat katibi Elvin Bayramlı məlumat verib. O bildirib ki, konfrans müddətində 20-dən çox firmanın yer alacağı sərgidə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və s. kimi fərqli ölkələrdən olan istehsalçılar iştirak edəcək, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.

VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının rəsmi hissəsi ilə yanaşı “bal yarışması”, qala gecəsi, mükafatlandırma mərasimləri keçiriləcək. Yanvarın 28-də isə qonaqların Bakı şəhəri gəzintisi olacaq.

Qeyd edək ki, 6 ildir ardıcıl keçirilən konfrans arıçılıq sahəsində Qafqazda keçirilən ən böyük konfransdır.

Konfrans haqqında digər məlumatları www.pab.az saytından və Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat katibi Elvin Bayramlıdan (0552154353) əldə edə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu