"Vidadi İsayevin də həbsi gözlənilir" – Şok iddia




Daha bir icra başçısının həbsi gözlənilir.



Bu barədə dia.az-a hökumətdəki mənbələrdən informasiya daxil olub. Məlumatı verən mənbə iddia edir ki, söhbət hazırda Bərdəyə rəhbərlik edən Vidadi İsayevdən gedir.

Mənbənin söylədikləri: “Vidadi İsayev ola bilsin ki, məhz seçki cinayətlərinə görə həbs olunsun. Amma ona qarşı yetərincə maliyyə cinayəti ittihamı da var. Yəni artıq qələmi qırılıb”.

Xatırladaq ki, keçən ilin sonlarına yaxın Ağstafa RİH başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov həbs olundu. Onlar korrupsiya ittihamı ilə azadlıqlarını itirdilər.

İndi isə daha bir başçı hədəfdədir. Xəbərə görə, Vidadi İsayev də PA-dakı dayağını itirdiyindən hazırda sahibsiz qalanlardandır…



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu