Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürüldü
Gürcüstanın Kaxeti bölgəsində olan 22 yaşlı Çin vətəndaşı koronavirus şübhəsi ilə nəzarətə götürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, o, respirator infeksiya simptomları ilə tibb müəssisəsinə müraciət edib.
Çinli qadının hansı virusa yoluxması hələ ki məlum deyil. Onun vəziyyəti ilə bağlı təhlükəli bir şeyin olmadığı bildirilib.
Həkimlərin sözlərinə görə, Çin vətəndaşı ev şəraitində müalicəsini davam etdirir və nəzarət altına alınıb.
Qadının virusun episentri olan Uhan şəhərindən deyil, Çinin digər bölgəsindən Gürcüstana gəldiyi bildirilib.