Azərbaycanın 4 vətəndaşı Gürcüstanda koronavirus ehtimalı ilə nəzarətə götürüldü
“Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə 10 pasiyent yerləşdirilib”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin beşi İtaliyadan gəlib: “Onlardan biri İtaliya, dördü Gürcüstan vətəndaşıdır. Beş nəfər isə İrandan gələn şəxslərdir və onların biri Gürcüstan, dördü isə Azərbaycan vətəndaşıdır”.