Gürcüstanda daha üç koronavirus xəstəsi sağaldı
Gürcüstanda koronavirus diaqnozu qoyulan daha üç pasiyent sağalmaq üzrədir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin pasiyentlərin ötən gün koronavirusla bağlı aparılan testlərinin nəticələri mənfi olub.
M.Ezuqbaya qeyd edib ki, 24 saatdan sonra onlar təkrar testdən keçiriləcəklər.
Qeyd edək ki, bu günə qədər qonşu ölkədə 77 nəfər koronavirusa yoluxub ki, onların 10-u sağalıb.