Müəllimlər YAP-ın namizədinin görüşünə getməkdən imtina etdilər




"Nəsimi Rayon İcra Hakimiyyəti kobudca seçki qanunvericiliyini pozur".



AFN xəbər verir ki, bunu hüquqşünas, deputatlığa namizəd Fərhad Mehdiyev bildirib. O qeyd edib ki, İcra Hakimiyyəti 159 nömrəli orta məktəbin direktoruna zəng edərək, müəllimələri YAP-ın namizədi Məlahət İbrahımqızı (21 saylı Nəsimi birinci seçki dairəsindən) ilə görüşə gəlmələri üçün təlimatlandırıb: "Nə olub bilirsinizmi? Müəllimələrin çoxu da gəlməyib. Sonra icradan direktora zəng edib elə hədə-qorxu gəliblər ki, qadın müəllimələrinin yanında bir xeyli ağlayıb".

Namizəd qeyd edib ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək: "Sabah bununla bağlı MSK və DSK-ya rəsmi məktub ünvanlayacağam. Xalqın adını bilmədiyi, bu səbəblə də hiddət bəslədiyi bir məmuru yenidən deputat etməyə çalışmaq, heç bir məntiqə sığmır. Küçə-küçə insanları gəzir, seçkiyə dəvət edirəm. Cəsarətiniz varsa, ədalətli seçki keçirin, YAP namizədi heç 100 səs toplayan deyil həmin dairədə".

Nəsimi Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənməyə çalışacağıq.

********************************************************************************

Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu