“...Füzulilər hər yerdə fəxrlə deyə biləcəklər ki, bizim deputatımız Vüqar Bayramovdur” - FOTOLAR




84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov bu gün səhər saat 10-dan başlayaraq axşam saat 18-dək Qayıdış qəsəbələrində seçicilərlə 6 görüş keçirib. Hər bir qəsəbədə seçicilərlə söhbətləşən Vüqar Bayramov əvvəlcə öz fəaliyyət planı haqqında geniş açıqlama verib: “Mənim fəaliyyət planım, platformam konkret və əsaslandırılmış təkliflər əsasında hazırlanıb. Deputat seçilsəm də-seçilməsəm də, qeyd olunan təkliflərin həyata keçməsinə çalışacağam. Təbii ki, sizin dəstəyinizlə parlamentdə təmsil olunsam, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan təkliflərin daha ali kürsüdən səsləndirilməsinə, dövlət qurumları ilə daha məhsuldar əməkdaşlığa imkan yaranacaq.”



Qayıdış qəsəbələrində məskunlaşmış seçicilərin qayğılarını dinlədikdən sonra Vüqar Bayramov Füzulidən olan akademik iqtisadçılar Akif Musayev və Əli Nuriyevlə birlikdə rayonun sosial-iqtisadi inkişaf planını hazırlayacaqlarını, hər kəndin və qəsəbənin ehtiyaclarının öyrənilərək həmin planda əks etdiriləcəyini bildirib: “Çalışacağıq ki, həmin plan hazırda icra olunan dövlət proqramları ilə əlaqələndirilsin və tezliklə qəbul olunaraq icra edilsin.”

Vüqar Bayarmov qeyd edib ki, seçki kampaniyası dövründə ona Füzuli rayonunun yetişdirdiyi dünya səviyyəli alimlər dəstək verirlər: “Akademiklər Hətəm Quliyev, Akif Musayev və Əli Nuriyev, professorlar Şəfa Əliyev, Qalib Qarayev və Qalib Hüseynov kimi elm adamları mənim rəsmi vəkillərimdir. Mən görkəmli elm xadimlərimizn dəstəyinin və sizin səslərinizin məsuliyyətini hiss edirəm və millət vəkili seçiləcəyim təqdirdə bu dəstəyə layiq olmağa çalışacağam. Füzulilər hər yerdə fəxrlə deyə biləcəklər ki, bizim deputatımız Vüqar Bayramovdur.”










********************************************************************************

Domain almaq üçün vaxt itirərək güvənli şirkət axtarmağa ehtiyac yoxdur. Hostimul.com komandası olaraq Domain almaq üçün sizə hərtərəfli kömək olacağıq.
.COMMUNITY domeni hansı saytlar üçün uyğundur?
.INTERNATIONAL domeni nə cür saytlar üçün uyğundur?
.DENTAL domeni nə cür saytlar üçün istifadə olunur?

Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-azerbaycan/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu