Gəncə aeroportu Koronavirusa görə gücləndirilmiş iş rejiminə keçdi
Gəncə Beynalxalq Hava Limanı gücləndirilmiş iş rejiminə keçib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hava limanının səhiyyə məntəqəsində xüsusi izolyator otağı yaradılıb. Burada xüsusi dərman pereparatları, həmçinin həkim briqadası ayrılıb.
Həmçinin aeroportun keçid məntəqəsində də lazımı tədbirlər görülüb. Belə ki, təyyarədən enən sərnişinlər termovizir aparatı ilə yoxlanılır.